Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşıl sərvətimizin keşiyində “ adlı  söhbət keçirilib

03.06.2022

03.06.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialı Ətraf mühitin mühafizəsi günü münasibətilə  “Yaşıl sərvətimizin keşiyində “ adlı  söhbət keçirdi.
Tədbiri filialın böyük kitabxanaçısı  Elyanora Adıgözəlova açaraq bildirdi ki, təbiətin qorunması, ayrı-ayrılıqda fauna və floranın, ətraf mühitin, təbii ehtiyatların, mühafizəsi, bərpası hər zaman öz aktuallığını qoruyur. Bizi əhatə edən təbiəti, ətraf mühiti, təbii ehtiyatları qorumaqla, mühafizə və bərpa etməklə gələcək nəsillərə ötürə bilərik.
Ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul olunur və hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələ olaraq qalır. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların, verilən ziyanın minimuma endirilməsi ən vacib məsələdir. Havanı, suyu, maddi nemətləri, sənaye üçün xammalı, ümumiyyətlə, insana nə lazım olursa, onu təbiətdən, bizi əhatə edən aləmdən, ətraf mühitdən alır. 
Daha sonra Gəncə şəhər 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin məsləhətçisi İlkin Hacıyev çıxış edərək bildirdi ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və cənab Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması bunu təsdiqləyir. Ölkəmizdə ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq tədbirlər planı həyata keçirilir ki, bu da ekologiyanın, ətraf mühitin mühafizəsi sahəyində qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasını şərtləndirir. İstər yaşıllıq sahələrinin salınması, həmin ərazilərin daha da genişləndirilməsi, istərsə də Milli Parkların ərazilərinin artırılması, eləcə də qorunması ekologiyanın mühafizəsi və bərpası baxımından müsbət nəticələr vəd edir.
“Ətraf mühitinin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir.
Sonra isə tədbir iştirakçıları ilə birlikdə söhbət şəklində mövzu ətrafında müzakirələr aparıldı.
Tədbirdə Gəncə Sənaye və texnalogiyalar üzrə peşə təhsil mərkəzinin tələbələri və kitabxananın fəal oxucuları iştirak etdi

 

238.4 KB

 

188.1 KB